Azarkeşləri yaxşı anlayıram. İşlər qaydasında getməyəndə onlar da etirazlarını bildirməlidilər.

"Komandaya iki həftəlik gəldim. Həmin müddət ərzində müqavilə bağladım və "Neftçi"ni daha yaxından tanıya bildim". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mamadu Mbodj deyib.

Bakılıların yeni transferi "Neftçi TV"yə müsahibəsində komandada gördüklərindən danışıb: "Birinci gündən gördüm ki, yaxşı kollektivimiz var. Heç bir komanda üzvündən pis münasibət görmədim. Məni yaxşı qarşıladılar. İlk gündən hər şey yaxşı idi. İki həftə komanda ilə məşq edib, evə qayıtdım".

Mamadu Antalya toplanışı barədə də fikirlərini bildirib: "çempionatın ikinci hissəsinə hazırlaşmaq üçün Antalyaya gəlmişik. Hər şey yaxşı gedir. İnanıram ki, belə də davam edəcək. Bura gəlmişik ki, oyun tərzimizi daha da yaxşılaşdıraq. Daha da yaxşı çıxış edək. çempionatın ikinci hissəsinin ilk oyununadək tam hazır olaq".

Mbodj azarkeşlərdən dəstək istəyib: "Azarkeşləri yaxşı anlayıram. İşlər qaydasında getməyəndə onlar da etirazlarını bildirməlidilər. Buna baxmayaraq, onların daim arxamızda olub, "Qarabağ"la ilk oyunda dəstək verməkləri bizim üçün vacibdir. Məncə, hər şey yaxşı olacaq. Onların dəstəyinə çox ehtiyacımız var. Azarkeşlərin tənqidini normal qarşılamaq lazımdır. Buna baxmayaraq, bizi dəstəkləmələrini istəyirəm".

Seneqallı legioner komandanın hədəflərinə də toxunub: "Biz də istədiyimiz nəticəni qazanmaq üçün əlimzdən gələni edəcəyik. "Neftçi"yə gəldiyim gündən "Qarabağ" haqda eşitmişəm. Dəqiq bilmirəm, son 4 və ya 5 Azərbaycan çempionatının qalibidir. Düzdür, güclü rəqibdir, amma biz də yaxşı komandayıq. Bizdə də işlər düzgün gedir. Bunun məntiqi nəticəsi kimi çempionatın lideriyik. Bilirik ki, çox çətin oyun olacaq. Buna baxmayaraq, təlim-məşq toplanışı hər şeyi yaxşı göstərir. Səhvlərimiz üzərində işləməliyik ki, oyuna hazır olaq və hər şey yaxşı olsun. Əlbəttə, əsas məqsədimiz çempion olmaqdır. Mənim də hədəfim bu çempionluğu yaşamaqdır. çempion olandan sonra növbəti məqsədlərə çatmaq uğrunda mübarizə aparacağıq. Hazırda ən vacibi komandaya əlimdən gələn köməyi etməyimdir ki, çempion olaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest