2014-cü ilin yayında şimala üz tutan nigeriyalı 5 ildi Danimarka və İsveçin aşağı liqalarında oynayır. "Bronshoy" və "Lyunqbyo" ilə Danimarkanın aşağı liqasında 39 oyuna 8 top vuran forvard İsveçdə "Frey", "Dalkund", "Helsinqborq" və "Eskilstuna" ilə aşağı dəstədə 70 görüşdə 21 qola imza atıb.

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Matç.az xəbər verir ki, paytaxt təmsilçisi nigeriyalı hücumçu Oke Akpoveta ilə anlaşıb. 27 yaşlı afrikalı ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Oke əvvəllər Azərbaycanda çıxış edib. Hücumçu 2013/14 mövsümündə "Rəvan"ın formasını geyinib. Premyer Liqada 11 oyunda 1 qol vuran, Azərbaycan kubokunda 4 dəfə meydana çıxan hücumçu özünü yaxşı tərəfdən göstərə bilməyib.

2014-cü ilin yayında şimala üz tutan nigeriyalı 5 ildi Danimarka və İsveçin aşağı liqalarında oynayır. "Bronshoy" və "Lyunqbyo" ilə Danimarkanın aşağı liqasında 39 oyuna 8 top vuran forvard İsveçdə "Frey", "Dalkund", "Helsinqborq" və "Eskilstuna" ilə aşağı dəstədə 70 görüşdə 21 qola imza atıb.

Akpovetanın son klubu İsveç çempionatının aşağı liqasında 3-cü yeri tutan "Eskilstuna" olub. 2018-ci il mövsümündə 22 oyunda 3 qol vuran hücumçu komandasının yüksək dəstəyə vəsiqə qazanmasında pay sahibi olub.

Qeyd edək ki, Akpoveta "Rəvan"a Danimarkanın Superliqa klubu "Brondbü"dən gəlmişdi. O, bu komandada keçirdiyi 3 ildə qol hesabını aça bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest