Azərbaycan futbolunda ağır itki baş verib. Matç.az saytı xəbər verir ki, "Qarabağ" klubunun təsisçilərindən olan Adil Nadirov dünyasını dəyişib.

Sabiq futbolçu, eyni zamanda ağdamlıların baş məşqçisi olmuş Nadirov bu gün vəfat edib. "Qarabağ" klubu rəsmi saytı vasitəsilə mərhumun yaxınlarına başsağlığı verib.

Matç.az kollektivi də mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest