Bu gün Qərb Regional Futbol Federasiyasının Konfransı keçirilib. Matç.az xəbər verir ki, tədbir Tovuz şəhər stadionunda təşkil olunub.

Yığıncaqda qurumun prezidenti Mehdi Salmanov istefa verib. Konfrans üzvlərin onun istefasını qəbul edib.

Ardınca prezident postuna seçki keçirilib. Azərbaycan millisinin sabiq futbolçusu, "Turan Tovuz" klubunun icraçı direktoru Nadir Nəbiyev quruma yeni prezident seçilib.

Qeyd edək ki, Nəbiyev futbolçu karyerası ərzində "Turan", "Neftçi", "Xəzər Lənkəran" və "Standard" klublarında çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest