Topaz  Premyer Liqasında 2019-cu ilin ilk turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə matç.az saytına PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Buna səbəb "Qarabağ"ın təsisçilərindən olan, həmçinin bu klubda baş məşqçi kimi fəaliyyət göstərmiş Adil Nadirovun vəfatıdı. XV turun həftəsonu baş tutacaq 4 qarşılaşmasının hamısı mərhum bir dəqiqəlik sükutla yad olunduqdan sonra start götürəcək.

Qeyd edək ki, XV turun matçları fevralın 2-3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest