Gənc Rəfiyevin artıq futbolumuza kifayət qədər nəzərəçarpacaq xidmətləri var. Milli komandamız və futbolumuz üçün gördüyü işləri danmaq mümkünsüzdü. Həmçinin, "Sumqayıt"dakı fəaliyyəti təqdirəlayiqdi. "Neftçi" azarkeşlərinin də rəfiyevlərə həmişə böyük rəğbəti olub.

"Neftçi"nin prezidenti Kamran Quliyevin yaxında postunu tərk edəcəyi haqda məlumat vermişdik. Quliyevi əvəzləyəcək namizədlər arasında adı ən çox hallananlardan biri "flaqman"ın əfsanəvi başqanlarından mərhum Rasim Rəfiyevin oğlu Riad Rəfiyevdi.

"Sumqayıt"ın prezidenti matc.az-ın bu haqda sualını cavablandırmaq istəməyib. "Bütün fikrim hazırkı komandamdadı, bu mövzuda danışmaq istəmirəm" - deyən Rəfiyevi başa düşmək olar. Etika-estetika var, bəlkə də indi bu haqda danışmağı düz çıxmaz.

Gənc Rəfiyevin artıq futbolumuza kifayət qədər nəzərəçarpacaq xidmətləri var. Milli komandamız və futbolumuz üçün gördüyü işləri danmaq mümkünsüzdü. Həmçinin, "Sumqayıt"dakı fəaliyyəti təqdirəlayiqdi. "Neftçi" azarkeşlərinin də rəfiyevlərə həmişə böyük rəğbəti olub.

Qalır, bir az səbr etmək...

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest