"Neftçi" aparıcı futbolçularından olan Dario Frederiko ilə yollarını ayıra bilər. Matç.az saytının məlumatına görə, braziliyalı vingerin yenidən Cənubi Koreyaya dönmək ehtimalı yaranıb.

Belə ki, "Sonnam"ın sabiq üzvü bu ölkədən növbəti təklifi alıb. Təklif edilən maaşın "Neftçi"dəki qazancından çox olması 28 yaşlı oyunçu üçün cəlbedici görünür. Dario bu keçidə, demək olar ki, razıdı.

İndi qalır "Neftçi" rəhbərliyini razı salmaq. Əslində, bunun da asiyalılara problem yaradacağı gözlənilmir. çünki "sambaçı"nın "Neftçi" ilə müqaviləsində yer alan bəndə görə, futbolçunun sərbəst qalma məbləği 50 min dollardı. Yəni, bu pulu ödəyən istənilən klub onu heyətinə cəlb edə bilər.

Qeyd edək ki, mövsümlərarası fasilədə "Kəpəz"dən "Neftçi"yə keçən Dario Frederikonun bakılılarla müqavilə müddəti yaya qədərdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest