Həftəsonu Premyer Liqanın XV turu çərçivəsində "Neftçi"ni qəbul edəcək "Qarabağ"da iki günlük istirahət başa çatıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar bu gün görüşün hazırlıqlarına start verib.

Axşam saatlarında klubun bazasında baş tutan məşq saat yarım davam edib. Komandanın yeni transferi Reynaldo Silva zədəsini sağaldaraq kollektivlə birlikdə məşqdə iştirak edib.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu fevralın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest