"Yuventus" heyətinə daha bir futbolçunu cəlb edib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "qoca sinyora" "Cenoa"nın müdafiəçisi Kristian Romeronu transfer edib.

Klublar arasında danışıqlar da uğurla nəticələnib. Turinlilərin bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəməsi gözlənilir. Lakin 21 yaşlı argentinalı mərkəz müdafiəçisi "Yuve"yə mövsüm bitdikdən sonra qoşulacaq.

Qeyd edək ki, Kristian Romero "Cenoa"ya ötən yay ölkəsinin "Belqrano" klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest