İtaliyanın "Venesiya" komandasının dörd futbolçusuna koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Adları açıqlanmayan futbolçular karantinə alınıblar. Onların A Seriyasının 22-ci turu çərçivəsində baş tutacaq "Empoli" ilə səfər oyununu buraxacağı diqqətə çatdırılıb.
 
Sabah keçiriləcək "Venesiya" - "Empoli" oyununa saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest