Altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi bu mərhələdə 2010-cu ildə debüt edib. Matc.az xəbər verir ki, Macarıstanda təşkil olunmuş qitə birinciliyi komandamız üçün uğurlu olub.
 
Belə ki, ilk dəfə həlledici raunda qatılmasına baxmayaraq, millimiz yarımfinal matçlarının iştirakçısı olub. üçüncü yer uğrunda oyunda isə qrup mərhələsində yendiyi çexiyaya uduzmaqla medal qazanmaq şansını əldən verib.
 
Onu da qeyd edək ki, 2016-cı ilə qədər UEFA bu göstəricini ən yaxşı debüt kimi qeyd edib. 2012 və 2014-cü illərdə keçirilmiş final mərhələsi isə komandamız üçün uğursuz alınıb. Belə ki, millimiz hər iki final mərhələsində 1/4 finala vəsiqə qazana bilməyib. Amma sonrakı 2 qitə birinciliyində komandamız mübarizəni 1/4 finalda dayandırıb.
 
Cari Avropa çempionatı isə ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.
 
Aç-2010 Final mərhələsi – Macarıstan
19.01.2010. Macarıstan – 3:1
21.01.2010. çexiya – 6:1
1/4 final
25.01.2010. Ukrayna – 3:3, pen. 4:2
1/2 final
28.01.2010. Portuqaliya – 3:3, pen 3:5
3-cü yer uğrunda oyun
30.01.2010. çexiya – 3:5
 
Aç-2012 Final mərhələsi – Xorvatiya
01.02.2012. Portuqaliya – 1:4
03.02.2012. Serbiya – 8:9
 
Aç-2014 Final mərhələsi – Belçika
31.01.2014. Sloveniya – 7:6
02.02.2014. İtaliya – 0:7
 
Aç-2016  Final mərhələsi – Serbiya
04.02.2016. İtaliya – 0:3
06.02.2016. çexiya – 6:5
1/4 final
09.02.2016. Rusiya – 2:6
 
Aç-2018 Final mərhələsi - Sloveniya
02.02.2018. Fransa – Azərbaycan 3:5
04.02.2018. Azərbaycan – İspaniya 0:1
1/4 final
06.02.2018. Portuqaliya – Azərbaycan 8:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest