Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində ilk rəqibi olacaq Gürcüstan yığması yoxlama oyunları keçirib.
 
Matc.az xəbər verir ki, qonşu ölkə təmsilçisi 2 yoxlama matçında gücünü sınayıb. Tacikistan yığması ilə yanvarın 15-də keçirilmiş oyunda 6:2 hesabı ilə qalib gələn rəqibimiz ertəsi gün daha məhsuldar olub - 10:1.
 
Bu gün Azərbaycan yığmasını qəbul edəcək Belçika millisi də doğma meydanda Niderland futzalçıları ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest