Azərbaycanlı iş adamı Mübariz Mənsimov instaqram hesabı vasitəsilə "Xəzər Lənkəran" azarkeşlərinə müjdə verib. Matç.az saytının məlumatına görə, o, "ağ-yaşıllar"ın gələcəkdə yenidən fəaliyyət göstərəcəyini söyləyib.

Mənsimovun paylaşdığı statusa rəy bildirənlər arasında "Xəzər Lənkəran" fanatları da olub. Onlar "ağ-yaşıllar"ın nə vaxt qayıdacağı ilə bağlı suallar ünvanlayıblar.

"Xəzər Lənkəran"ın fəxri-prezidenti isə cavabında bunun bir gün mütləq baş tutacağını yazıb: "Pulumuz Allahın verdiyi ruzidi və dənizdən çıxır. Hələlik gözləyəcəyik. Ancaq sizə söz verirəm ki, bizim "Xəzər Lənkəran" mütləq yaşıl meydanlara dönəcək və dönüşü möhtəşəm olacaq".

Qeyd edək ki, "Xəzər Lənkəran" klubu 2004-2016-cı illərdə fəaliyyət göstərib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest