"Oyuna yaxşı başlamadıq. Bunun da səbəbi matça gəlməyə az vaxt qalmış dünən verdiyimiz COVİD-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzda nəticənin pozitiv çıxmasıdır. Bu məqam psixoloji baxımdan komanda üzvlərinə pis təsir etdi, oyun planımız dəyişdi". Matc.az xəbər verir ki, bunu Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva  deyib. 
Belçika ilə yoldaşlıq oyunundan sonra braziliyalı çalışdırıcı problemlərlə yanaşı, qarşılaşmanı idarə edən hakimi də günahlandırıb: "Başlanğıc uğursuz alındı. Təxminən birinci hissənin 10-cu dəqiqəsindən sonra tədricən oyunumuzu düzəldə bildik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Həm müdafiədə, həm də hücumda bir neçə variantları yoxladıq, standartlardan bir neçə ev tapşırığını yerinə yetirdik. Yəni oyunun əhəmiyyəti böyük idi. Rəqibimiz də yaxşı komandadır. Kollektiv şəkildə güclu təsir bağışladılar. Onlar bir gün əvvəl Hollandiya ilə qarşılaşmışdılar və qələbə qazanmışdılar. Hakimlər də yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər. Bu qarşılaşma "axsadığımız" məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest