Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/91 və 2006/07 mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. "Zaqlembe" Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/17 mövsümündə qeydə alınıb.

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qəbələ" bu gün ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Antalya toplanışındakı ilk sınaq "İC Santai" Futbol Mərkəzində baş tutub.
 
"Qırmızı-qaralar" burada Polşa təmsilçisi "Zaqlembe" ilə görüşüb. üç qolun qeydə alındığı oyun Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
 
Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/91 və 2006/07 mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. "Zaqlembe" Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt "Zaqlembe" Avropa Liqasında 3-cü təsnifat mərhələsinə qədər irəliləyib. "Qəbələ"nin rəqib 2000-ci ildə İntertoto kubokunda Azərbaycan təmsilçisi "Viləş"i mübarizədən kənarlaşdırıb – 4:0, 3:1. ötən mövsüm Ekstraklasada 16 komanda arasında 8-ci yeri tutan komanda hazırda 18 iştirakçı arasında 14-cüdür.
 
Yoxlama oyunu
18 yanvar
 
Qəbələ - Zaqlembe 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest