Futbol üzrə Türkiyə Super Liqasının 22-ci turu çərçivəsində keçirilən "Qaziantep" - "Yeni Malatyaspor" matçı yarıda qalıb. Matc.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
 
Belə ki, bu gün Qaziantepdə yağan güclü qar oyunun davam etdirilməsinə imkan verməyib. İlk hissəsi qolsuz bitən matçın fasiləsində komandalar və hakimlər briqadası oyunu təxirə salmaqla bağlı razılığa gəliblər. Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb.
 
Maraqlıdır ki, "Yeni Malatyaspor"un baş məşqçisi Marius Şumudiça hakimlərin bu qərarını bəyənməyib. O, israrla oyunun davam etdirilməsi tələb edib. Nəticədə rumıniyalı mütəxəssis etirazları səbəbindən qırmızı vərəqə ilə cəzalandırılıb.
 
Son rəsmi açıqlamaya görə, sözügedən qarşılaşma sabah yerli vaxtla saat 17:00-da qaldığı yerdən davam etdiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest