Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Matc.az xəbər verir ki, 10-cu oyun günündə daha iki qrupda mübarizəyə yekun vurulub.
 
B qrupunda Seneqal yığması Malavi ilə qolsuz heç-heçə edib. Lakin bu, seneqallıların qrup birincisi olmasına problem yaratmayıb. Qvineya yığması isə Zimbabve ilə görüşdə məğlubiyyətə üzülüb. "Neftçi"nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanan yarımmüdafiəçi, komanda yoldaşı Nəbi Keytanın vurduğu yeganə qolun məhsuldar ötürməsini verib. Qvineya yığması məğlub olsa da, qrup ikincisi kimi mərhələ adlayıb.
 
C qrupunda dörd qolun vurulduğu Qabon – Mərakeş matçı heç-heçə bitib. Qana yığması isə Komor adaları ilə görüşdə məğlub olaraq, qrup sonuncusu olub və turnirlə vidalaşıb. Mərakeş və Qabon yığmaları növbəti mərhələyə yüksəlib.
 
Afrika Millətlər Kuboku
18 yanvar
 
B qrupu
 
Malavi – Seneqal 0:0
 
Zimbabve – Qvineya 2:1
Qol: Musona, 26. Mahaçi, 43 – Keyta, 49.
 
Xal durumu: Seneqal – 5, Qvineya – 4, Malavi – 4, Zimbabve – 3.
 
C qrupu
 
Qabon – Mərakeş 2:2
Qol: Allevinah, 21. Aquer, 81-öz qapısına – Bufal, 74-pen. Hakimi, 84.
 
Qana – Komor adaları 2:3
Qol: Boakye, 64. Djiku, 77 – Ben, 4. Moqni, 62; 85.
 
Xal durumu: Mərakeş – 7, Qabon – 5, Komor adaları – 3, Qana – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest