Kane bu mövsümün sonuna qədər "Neftçi"yə icarəyə verilsə də, anlaşmaya əsasən, "Olimpiakos" qış fasiləsində onu qaytara bilər.

"Neftçi" klubunun yarımmüdafiəçisi Mamadu Kane Yunanıstanda oynamağa yaxındır. Matc.az xəbər verir ki, Bakı təmsilçisində icarə əsasında çıxış edən 25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Olimpiakos" qayıtmağı planlaşdırır. 
 
Ancaq Pirey təmsilçisi onu Yunanıstan klublarından birinə icarəyə verməyi düşünür. Futbolçu ilə Yunanıstan Superliqasının iki təmsilçisinin maraqlandığı bildirilib. Məşqçilər heyəti Kaneni yerli komandalara icarəyə verməklə, onu yaxından izləməyi düşünür.
 
Kane bu mövsümün sonuna qədər "Neftçi"yə icarəyə verilsə də, anlaşmaya əsasən, "Olimpiakos" qış fasiləsində onu qaytara bilər.
 
Qeyd edək ki, Mamadu Kane hazırda Afrika Millətlər Kuboku üçün Qvineya yığmasının düşərgəsindədir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest