"Bu təlim-məşq toplanışında ən güclü komandaya qarşı oynadıq. Düşünürəm ki, bizə lazım olan taktiki oyun planına uyğun oyun nümayiş etdirdik". Matç.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.

Antalya toplanışı çərçivəsində son yoxlama matçına çıxan yığmamız "Dinamo – 2" komandası ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.

Vüqar Məmməd görüşü AFFA-nın saytına belə şərh edib: "Bütün futbolçulardan razı qaldım. Bizə məhz belə sürətli, yüksək tempə uyğun oyunlar lazımdır. İstər fiziki, istərsə də taktiki planda rəqibdən geri qalmadıq. Meydanda məşqlərdə çalışdığımız tapşırıqları yerinə yetiririk. Futbolçularda yüksəliş var. Futbolçuların çoxu başqa ölkə komandalarının transfer siyahısına düşüb. Həqiqətən onlar gördükləri işə görə buna layiqdirlər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest