"Zirə" baxışda olan Robin Nqalande barədə qərarını verib. CAR təmsilçisi "Baroka"nın sabiq hücumçusu Azərbaycan klubunda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Baş məşqçi Samir Abasov 27 yaşlı futbolçunun qalmasını qərara alıb.

"Zirə" baxışda olan Robin Nqalande barədə qərarını verib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Malavi mətbuatı yayıb.

Bildirilir ki, CAR təmsilçisi "Baroka"nın sabiq hücumçusu Azərbaycan klubunda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Baş məşqçi Samir Abasov 27 yaşlı futbolçunun qalmasını qərara alıb. Həmkarlarımız Nqalandenin 1,5 illik müqavilə bağladığını vurğulayıblar. Bununla Nqalande qış fasiləsində "Baroka"dan "Zirə"yə üz tutan ikinci oyunçu olub. Bakılılar ona qədər botsvanalı vinger Mfo Kqasvaneni heyətə cəlb etmişdilər.

Qeyd edək ki, "Zirə" dövrələrarası fasilədə həmçinin Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı, İsmail Fofana və Xulio Sezar Rodrigez Ximenesi transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest