"Milan"ın futbolçusu Frank Kessye Fil Dişi Sahili milli komandasının düşərgəsində zədələnib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Misirə qarşı keçirilən 1/8 final mərhələsi matçının ilk hissəsində zədələnib. Kessyenin durumu tibbi müayinədən sonra bilinəcək.
 
Misir yığması Afrika Millətlər kubokunda Fil Dişi Sahili millisini məğlub edib (əsas vaxt – 0:0, penaltilər – 5:4).
 
"Milan" heyətini yeni hücumçu ilə də gücləndirib. A Seriyası təmsilçisi Serbiyanın "Srvena Zvezda" klubunun futbolçusu Marko Lazetiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Milan" 17 yaşlı hücumçu üçün "Srvena Zvezda"ya 4 milyon avro ödəyib. Lazetiçlə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Lazetiç bu mövsüm "Srvena Zvezda" ilə 21 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest