"Zirə" bu həftə 2019-cu ilə start verəcək. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda Topaz Premyer Liqasının 2018/19 mövsümünün ikinci yarısına "Sabah"la ev oyunu ilə başlayacaq.

Bu, bakılıların Premyer Liqada 4-cü mövsümünün ikinci yarısının startı olacaq. çempionatın püşkü elə alınıb ki, "Zirə" ikinci yarıya həmişə evdə başlayıb. Əvvəlki 3 mövsümün qış fasiləsindən sonrakı ilk görüşü doğma arenada keçirən komanda startda uğur əldə edib. İkinci yarının ilk matçlarında 2 qələbə qazanan "Zirə" yalnız 1 dəfə bərabərliklə kifayətlənib.

2015/16 mövsümünün ikinci yarısına "İnter" (indiki "Keşlə"), növbəti ildə isə AZAL-la (indiki "Şüvəlan") qarşılaşmalarla başlayan "Zirə" eyni – 2:1 hesabı ilə qalib gəlib. ötən mövsümün qış fasiləsindən sonrakı ilk görüşdə "Sumqayıt"la qollu bərabərlik (1:1) qeydə alınıb. Hər üç oyunda rəqiblərin ikisi də qol sevinci yaşayıb.

"Zirə"nin Premyer Liqa mövsümünün ikinci yarısındakı ilk oyunları

2015/16 mövsümü

31.01.2016. "Zirə" – "İnter" – 2:1

Luis Alberto Diez, 13; Nurlan Novruzov, 86 - Abbas Hüseynov, 48

 

2016/17 mövsümü

29.01.2017. "Zirə" – AZAL – 2:1

Sezar Meza Kolli, 11, 29 - Rəşad Abdullayev, 50

 

2017/18 mövsümü

10.02.2018. "Zirə" – "Sumqayıt" – 1:1

Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest