"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaini komandasını dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı orta sahə oyunçusu çin klubu "Şandun Lunen"lə anlaşıb.

çinə yollanan 31 yaşlı futbolçu aeroportda olarkən şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb. Artıq yeni komandasında tibbi müayinədən keçən Fellaini 3 illik müqavilə imzalayıb. Bu transfer "Mançester Yunayted"ə 10 milyon funt-sterlinq qazandırıb.

Qeyd edək ki, "Şandun Lunen" hazırda çin çempionatında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest