Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Qazprom Arena" Avropa çempionatının final mərhələsi öncəsi UEFA-nın sərəncamına veriləcək. Matc.az xəbər verir ki, bunu Rusiyanın Təşkilat Komitəsinin sədr müavini Denis Polyakov deyib.

O bildirib ki, stadion gələn il mayın 15-dən etibarən UEFA-nın istifadəsinə veriləcək: "UEFA Komissiyasının son səfərində stadionun turnir müddətində qitə futbol qurumunun istifadəsinə veriləcəyi tarix razılaşdırıldı. Beləliklə, 2020-ci il mayın 15-dən etibarən "Qazprom Arena" UEFA-nın sərəncamına veriləcək".

Qitə birinciliyinin keçiriləcəyi şəhərlərdən biri də Bakıdı. Bəs Bakı Olimpiya Stadionu (BOS) nə zaman UEFA-nın istifadəsinə veriləcək? Bununla bağlı sualı cavablandıran BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva UEFA nümayəndələrinin ölkəmizə səfərini gözlədiklərini söyləyib: "UEFA-dan bununla bağlı rəsmi məlumat gəlməyib. çox güman ki, 11-15 fevral tarixlərində Bakıya səfər zamanı bu, elan olunacaq. Amma nəzərə alsaq ki, "Qazprom Arena"da və BOS-da oyunlar eyni günlərə düşür, çox güman ki, bizdə də eyni tarix olacaq".

Qeyd edək ki, həm BOS-da, həm də "Qazprom Arena"da Avropa çempionatının 4 oyunu (üç qrup, bir 1/4 final) keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest