"Sabah" klubu Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı üçün oyunçu sifarişlərində qeyri-peşəkarlığa yol verib. Matc.az sportnet.az saytına istinadən xəbər verir ki, debütant yeni transfer və komandadan ayrılan futbolçularının adlarını Peşəkar Futbol Liqasına yarımçıq təqdim edib.

Sifariş ərizəsində qışda alınan futbolçulardan Rəşad Eyubovla Coşqun Diniyev yer alsa da, Təmkin Xəlilzadə yoxdu. Halbuki, Xəlilzadənin keçidi ictimaiyyətə hələ yeni il ərəfəsində açıqlanıb. 

Həmçinin, "Sabah"ı tərk edən futbolçulardan Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və ülvi İbazadə sifariş ərizəsində hələ də qalırlar. Əvəzində Elvin Yunuszadə siyahıdan çıxarılıb. 

Görəsən, "Sabah"ın Xəlilzadə ilə Yunuszadəyə hörmətsizliyi nədən qaynaqlanır?

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest