Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi italiyalı Anjelo Alessio ola bilər. Matc.az xəbər verir ki, çalışdırıcı hətta Azərbaycana da gəlib. 

Alessio özü də məlumatı təsdiq edib. Futbolinfo.az-a danışan çalışdırıcı Bakıda olduğunu bildirib: "Hələlik, heç nə dəqiqləşməyib. Amma mən ötən həftə Azərbaycana gəlmişdim. Antonio Kontedən ayrıldıqdan sonra özüm baş məşqçi kimi işləmək istəyirəm. Bu baxımdan Azərbaycan millisi mənim üçün əla variantdı. Əlbəttə, futbolunuz haqqında bilirəm. Hətta milli komandanın bütün üzvlərini də tanıyıram".

çalışdırıcı AFFA-nın qərarını gözlədiyini bildirib: "Mənim üçün Azərbaycan yığmasında işləmək şərəf olar. Amma bu barədə son qərarı federasiya verəcək. Hazırda onların son sözünü gözləyirəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest