Turnirin bombardiri adına isə Qətərin hücumçusu Almoes Ali yiyələnib. 7 oyunda 9 qol vuran forvard 1996-cı ildə İran millisinin üzvü Ali Daeinin 8 qolluq rekordunu yeniləyib.

Asiya kubokunda qalib müəyyənləşib. Matc.az saytının məlumatına görə, həlledici oyunda Qətərlə Yaponiya üz-üzə gəlib.

Azarkeşlər finalda olduqca maraqlı və bolqollu matç izləyiblər. Ərəblər 3:1 hesablı qələbəyə seviniblər.

Bununla da Qətər yığması tarixində ilk dəfə Asiya kubokuna yiyələnib. Bu il həlledici görüşdə yenilən Yaponiya isə 4 dəfə anoloji uğur qazanıb.

Turnirin bombardiri adına isə Qətərin hücumçusu Almoes Ali yiyələnib. 7 oyunda 9 qol vuran forvard 1996-cı ildə İran millisinin üzvü Ali Daeinin 8 qolluq rekordunu yeniləyib.

Asiya kuboku

Final

1 fevral

Yaponiya – Qətər – 1:3

Qollar: Minamino, 69 – Ali, 12, Xatem, 27, Afif, 83 (pen.)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest