"Belə oyun haqda danışmağa çox söz olmur. 3 elə səhv etdik ki, özüm də təhlil edirəm". Matc.az saytının məlumatına görə, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.
Azərbaycan Premyer Liqasının XV turunda "Səbail"i qəbul edən bakılılar meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.
Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Rəqibə hədiyyə etdik. Mənim üçün də gözlənilməz oldu. Slavik Alxasov və Nikola Mitroviçin olmaması meydanda özünü göstərdi. çalışacağıq oyunumuzu düzəldək. Hazırlıq prosesindəki komandadan bu gün əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdı. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiniz".
 
- Bu gün Kamran Ağayevə nə olmuşdu?
- Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldı. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.
 
- "Zirə"nin uduzması sizə psixoloji cəhətdən təsir etdimi?
- Futbolçularıma qadağa qoymuşam ki, heç kimin oyunu ilə maraqlanmasınlar. Bizi yalnız öz matçımız maraqlandırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest