"Oyunöncəsi düşünmürdük ki, 3:0 hesabı ilə qələbə qazanacağıq. Ancaq məncə, oyun baxımından layiqli qələbə oldu. Qış hazırlığını yaxşı keçmişdik. Düzdü, hava şəraitinin bir az maneçilyi oldu".

"Qış fasiləsindən sonra ilk qarşılaşma idi. Həm də səfərdə çıxış edirdik. Bilirdik ki, çətin oyun olacaq və yaxşı hazırlaşmışıdq. Təlim-məşq toplanışlarından sonra ilk matçlar həmişə ağır olur. Komanda formada olmur. Bu amillərə baxmayaraq, şükürlər olsun ki, istədiyimiz oyunu oynaya, ən vacibi, 3 xalı qazana bildik". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının XV turunda "Keşlə"yə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirdiyi brifinqdə deyib.

Təcrübəli yarımmüdafiəçi belə hesablı qələbə gözləmədiyini etiraf edib: "Oyunöncəsi düşünmürdük ki, 3:0 hesabı ilə qələbə qazanacağıq. Ancaq məncə, oyun baxımından layiqli qələbə oldu. Qış hazırlığını yaxşı keçmişdik. Düzdü, hava şəraitinin bir az maneçilyi oldu. Buna baxmayaraq, yaxşı hazırlaşmışdıq və uğurlu oyunlar keçirmişdik. "Keşlə"ni də Türkiyədə izləyirdik. Həm yaxşı oyun göstərir, həm də qələbə qazanırdı. Ancaq futbol belədi - bu gün bizdə hər şey alındı, "Keşlə"də isə heç nə".

Əmirquliyevin fikrincə, ikinci hissənin əvvəlində 6 dəqiqə ərzində ardıcıl 2 qol vurmaları görüşün taleyini həll edib: "Əlbəttə, bilirdik ki, ikinci hissənin əvvəlində ikinci qolu vursaq, bizim üçün daha yaxşı olar. Şükür ki, buna nail ola bildik, tez qol vurduq. Bundan sonra "Keşlə" tamam ruhdan düşdü və rahat oynamağa başladıq. Müdafiədən hücuma tez çıxmağa hazırlaşmışdıq. Əks-hücumlarda oyunumuz alındı".

Milli üzvü qarşıdakı turda "Zirə" ilə ev matçında da qələbəyə iddialı olduqlarını söyləyib: "Rəqib son pillədə getməsinə baxmayaraq, yaxşı komandadı. Evdə oynasaq da, bizi çətin qarşılaşma gözləyir. Həm də nəzərə alaq ki, "Zirə" bu gün öz meydanında "Sabah"a uduzub. Kubokda da onlara uduzmuşuq. Yaxşı hazırlaşaraq revanş almağa, 3 xal qazanmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest