"Əlbəttə, oyuna yaxşı başlamadıq. Sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmağa başladıq. Yaxşı məqamda qırmızı vərəqə aldıq. Buna baxmayaraq, nəticəni qoruyub saxlaya bildik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Lider bu nəticəni uğurlu sayır?

- Azlıqda oynamağımıza görə deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqəyədək isə komandamız əla oyun nümayiş etdirdi. Azlıqda qalandan sonra əks-hücumlara bel bağlaya bilərdik. Son olaraq, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Sonadək bizi dəstəklədilər. Sanki evdə oynayırdıq. Növbəti matçlarda da onları gözləyirik.

- Yeni transferləri necə dəyərləndirirsiniz?

- Mamadu Mbodj, Mamadu Kane və Vangellis Platellasdan razı qaldım. Onlar güclü rəqibə qarşı gözəl oyun sərgilədilər. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest