Madrid "Real"ından ayrılacaq iki futbolçunun adına aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Marselo və yarımmüdafiəçi İsko mövsümün sonunda "kral klubu"nu tərk edəcək.

Santyaqo Solarinin gəlişindən sonra əsas heyət üzünə həsrət qalan cütlük yayda transferə çıxarılacaq. çalışdırıcı onları ixtiyarında görməkdə maraqlı deyil. Hər iki futbolçu yenidən eyni komandada çıxış edə bilər. çünki "Yuventus" Kriştianu Ronaldodan sonra Marselo və İskonun keçidində maraqlıdı.

Qeyd edək ki, İsko baş məşqçi ilə yola getmirsə, Marselo rejimə əməl etmədiyi üçün ehtiyata məhkum olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest