"Qarabağ"da "Legiya"dakından az təzyiq var. Burda o qədər də həvəsli azarkeşlər yoxdu. Ölkəmdə baş verənlərə çox vaxt gülürəm. Polşa cəhənnəminə dönmək istəmirəm. Forumlarda və ictimai mediada baş verənləri izləyirəm".

"Polşadan ötrü darıxmıram. çünki əla futbol mühiti tapmışam. Yalnız ailəm üçün darıxıram". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak deyib.

Polşalı futbolçu ölkəsində "Sport" jurnalına müsahibəsində maraqlı fikirlər səsləndirib. O, qeyd edib ki, Azərbaycanda futbol atmosferi Polşadakından yaxşıdı: "Qarabağ"da "Legiya"dakından az təzyiq var. Burda o qədər də həvəsli azarkeşlər yoxdu. ölkəmdə baş verənlərə çox vaxt gülürəm. Polşa cəhənnəminə dönmək istəmirəm. Forumlarda və ictimai mediada baş verənləri izləyirəm. Yersiz hadisələr çoxdu. "Qarabağ"da belə şeylərin olmamasına sevinirəm".

Jezniçak iki ölkənin müqayisəsini də aparıb: "İki ölkə arasında fərqliliklər var. Fərqli mədəniyyət, fərqli din. çox görünməsə də, İslam dini hakimdi. Şəhər və ölkə gözəldi. Xaricdən gələnlərə qarşı xoş münasibət bəslənilir. Əksər insanlar ingilis dilində danışır. İngilis dilində olmayanda rusca danışırlar. Hansı ki, bu, polyak dilinə yaxındı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest