Premyer Liqanın XV turunun "Sabah"la qarşılaşması (0:2) "Zirə"nin üç futbolçusu üçün debütlə əlamətdar olub. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, start heyətində yer alan Bəxtiyar Həsənalızadə, meydana ikinci yarının gedişində daxil olan Mfo Kqasvane və Xulio Sezar Rodriges bakılıların heyətində ilk oyunlarını keçiriblər.

Zirə İdman Kompleksinin stadionundakı görüşədək Premyer Liqada 63 futbolçu komandanın formasını geyinmişdi. Bəxtiyar bu siyahıya 64-cü, Mfo 65-ci, Xulio isə 66-cı kimi düşüb.

Həsənalızadə yerli statusu daşıyan 34-cü futbolçudu. Premyer Liqadakı legionerlər siyahısında Kqasvane 31-ci, Rodriges 32-ci olub. Sonuncu klub tarixində Sezar Meza Kollidən sonra 2-ci paraqvaylıdı. Mfo isə nəinki "Zirə"nin, ümumiyyətlə, Azərbaycan Premyer Liqasının tarixinə ilk Botsvana təmsilçisi kimi düşüb.

Botsvanalı futbolçu "Zirə"də oynayan 23-cü ölkə təmsilçisidi. Bunadək "Zirə"də Albaniya, Braziliya, Fransa, Gürcüstan, Haiti, Hollandiya, İspaniya, Kamerun, Makedoniya, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Nigeriya, Paraqvay, Portuqaliya, Qana, Rumıniya, Salvador, Serbiya, Trinidad və Tobaqo, Ukraynadan oyunçu çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest