"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "İnter" Xorvatiya millisinin üzvünü transfer etmək fikrindədi.

Mövsümün sonunda komandasını tərk etməyə hazırlaşan 30 yaşlı orta sahə oyunçusunun PSJ-yə keçidi gözlənilir. çünki futbolçu fransız dilini öyrənməyə başlayıb. Ancaq "İnter" də bu keçiddə israrlıdı. "Neradzurra" hətta qarşı tərəfin tələb etdiyi transfer məbləğini ödəməyə də hazırdı.

Qeyd edək ki, İvan Rakitiçin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest