19 yaşadək futbolçulardan ibarət İspaniya yığmasının heyəti açıqlanıb. Baş məşqçi Santi Denia millimizlə yoxlama görüşü üçün 23 oyunçuya dəvət göndərib. İspanların heyətində "Barselona" və "Real" kimi nəhəng klubların yetirmələri də iştirak edəcək.

19 yaşadək futbolçulardan ibarət İspaniya yığmasının heyəti açıqlanıb. Matc.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Santi Denia millimizlə yoxlama görüşü üçün 23 oyunçuya dəvət göndərib.

"Pinatar Arena"da əvvəlcə Azərbaycan, daha sonra isə Şotlandiya ilə qarşılaşacaq ispanların heyətində "Barselona", "Real", "Atletiko", "Mançester Siti", "Mançester Yunayted" kimi nəhəng klubların yetirmələri də iştirak edəcək.

Santi Denia toplanışa bu oyunçuları çağırıb: Arnau Urena, Xuan Miranda, Alexandro Orelyana, Alexandro Markes, Abel Ruiz (hamısı "Barselona), Viktor çust, Antonio Blanko, Mohamed Muxliss, Pedro Ruiz (hamısı "Real"), Viktor Qomes, Nil Ximenes (hər ikisi "Espanyol"), Uqo Gilyamon, Ferran Torres (hər ikisi "Valensiya"), Alvaro Seqoviya ("Albasete"), Unay Vensedor ("Atletik"), Riçard Sançes ("Atletiko"), Antonio Aranda ("Qranada"), Brayan Gil ("Sevilya"), Roberto Lopes ("Real Sosyedad"), Mark Vidal ("Vilyarreal"), Serxio Qomes ("Borussiya", Dortmund, Almaniya), Erik Qarsiya ("Mançester Siti"), Arnau Pikmal  ("Mançester Yunayted").

Qeyd edək ki, İspaniya yığması fevralın 12-də Azərbaycan, iki gün sonra isə Şotlandiya ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest