Yığıncaqda Topaz Premyer Liqasının XV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
"Zirə" – "Sabah" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat cərimə olunub.
Oyunun 25-ci dəqiqəsində "Sabah"ın 19 â„–-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
Görüşün 62-ci dəqiqəsində "Zirə"nin 6 â„–-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat ziyana salıb.
"Zirə" və "Sabah" matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə ödəyəcək.
"Qəbələ" – "Sumqayıt" qarşılaşmasında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat ödəməlidi.
"Qarabağ" – "Neftçi" matçının 70-ci dəqiqəsində qonaqların 5 â„–-li futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində "Qarabağ"ın 2 â„–-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
Oyunun 10-cu dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.
Matçdan əvvəl "Qarabağ"ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat ödəyəcək.