Lyesar yerli mətbuata açıqlamasında millimizin qrupun favoriti olduğunu bildirib: "Azərbaycan çox güclü komandadı. Onların heyətində 5 braziliyalı oyunçu var. Azərbaycan əslində elit-raundda olmalıdı".

"çətin qrupda olsaq da, növbəti mərhələyə vəsiqə qazana bildik". Matc.az saytı xəbər verir ki, bunu futzal üzrə Monteneqro yığmasının baş məşqçisi Sveto Lyesar deyib.

Monteneqrolular AVRO-2020-nin seçmə mərhələsində yer aldığı G qrupunu ikinci pillədə başa vuraraq, Əsas mərhələyə adlayıb. Komanda bu dəfə 3-cü qrupda Azərbaycan, Slovakiya və Moldova ilə üz-üzə gələcək.

Lyesar yerli mətbuata açıqlamasında millimizin qrupun favoriti olduğunu bildirib: "Azərbaycan çox güclü komandadı. Onların heyətində 5 braziliyalı oyunçu var. Azərbaycan əslində elit-raundda olmalıdı. ümumiyyətlə, çox güclü qrupa düşmüşük. Oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Mümkün qədər çox yoxlama görüşü keçirməyimiz vacibdi".

Qeyd edək ki, qrup oyunları oktyabrda Bakıda keçiriləcək. İlk iki yerin sahibi Elit raunda vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest