Azərbaycan millisinin qapıçısı Emil Balayev yeni komandası "Tobol"un heyətində ilk oyununu keçirib. Matc.az saytının məlumatına görə, Qazaxıstan təmsilçisi Türkiyə toplanışı çərçivəsində yoxlama görüşündə qüvvəsini sınayıb.

Qazaxıstanlılar Cənubi Koreyanın K2 Liqasında çıxış edən "Tedjon"la üz-üz gəlib. Oyun asiyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Tedjon"un hər hissədə 1 qol vurduğu matçda Balayev meydana start heyətində daxil olub. "Tobol"un gücü yalnız son dəqiqələrdə təsəlli qoluna çatıb.

Maraqlıdı ki, 30-cu dəqiqədə komandaların oyunçuları arasında dava düşüb. Referi hər iki tərəfin bir üzvünə qırmızı vərəqə göstərsə də, klublar arasındakı razılığa əsasən, mübarizə 11 nəfərlə davam edib. Hətta ikinci hissədə "Tedjon"un daha bir üzvü meydandan qovulub. Ancaq koreyalılarda onun əvəzinə başqa oyunçu mübarizəyə qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest