"Yuventus" yarımmüdafiəçisi Stefano Sturaronu "Cenoa"ya satıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

"Cenoa" 25 yaşlı orta sahə oyunçusunu bir neçə gün əvvəl 6 aylıq icarəyə götürmüşdü. Müqavilədə onun birbaşa transfer edilməsi bəndi də var idi. Bundan yararlanan "Cenoa" rəhbərliyi mövsümün sonunu gözləmədən futbolçunun transferini həll edib.

Qeyd edək ki, Stefano Sturaro cari mövsümün ilk dövrəsini icarə əsasında "Sportinq"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest