"Neftçi"nin 17 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyunu keçirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib Gürcüstanın "Rustavi" klubunun eyniyaşlı komandası olub.

Görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Dalğa Arena"da baş tutan matçda Emil Quluzadə dubla imza atıb. Digər qolu isə Ayxan Süleymanlı vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest