Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az saytı xəbər verir ki, 2019-cu ilin ilk siyahısında bəzi dəyişikliklər qeydə alınıb.

Buna Asiya kubokunun final mərhələsi və azsaylı yoxlama oyunlarının nəticələri səbəb olub. Hesabat dövründə heç bir matça çıxmayan Azərbaycan milisinin də mövqeyi dəyişikliyə uğrayıb.

Xal hesabı 1206-da qalan yığmamız cədvəldə 108-cidi. 2018-ci ili dünyanın 107-ci komandası kimi başa vuran milli 1 pillə geriləyib.

Bu cüzi geriləmənin səbəbi İordaniyadı. 12 pillə irəliləyən asiyalılar həm millimizi, həm də bir sıra komandaları arxada qoyub.

Millimiz və "qonşuları"

103 (103). Haiti – 1219
103 (97). Hindistan - 1219
105 (104). Liviya – 1217
106 (105). Keniya – 1210
107 (106). Madaqaskar – 1209
108 (107). Azərbaycan – 1206
109 (108). Niger – 1205
110 (111). Namibiya – 1191
111 (109). Bəhreyn – 1188
112 (112). MAR - 1180

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin də xalları dəyişməz qalıb. Lakin onlardan yalnız Xorvatiya  v' Uels mövqeyini qoruyub. Macarıstan 1, Slovakiya 2 addım geriləyib.

Millimizin rəqibləri

4 (4). Xorvatiya – 1634
19 (19). Uels - 1525
29 (27). Slovakiya - 1483
52 (51). Macarıstan - 1412

Dünyanın ən güclü 10 komandasının siyahısında tam sabitlik hökm sürüb. Planetin nəhəngləri həm xal hesablarını, həm də mövqelərini qoruyub.

İlk "onluq"

1 (1). Belçika – 1727
2 (2). Fransa – 1726
3 (3). Braziliya – 1676
4 (4). Xorvatiya – 1634
5 (5). İngiltərə - 1631
6 (6). Portuqaliya – 1614
7 (7). Uruqvay – 1609
8 (8). İsveçrə - 1599
9 (9). İspaniya – 1591
10 (10). Danimarka – 1589

Qeyd edək ki, qonşu Türkiyə millisi 1443 xalla siyahıda 41-ci yerə enib. "Ay-ulduzlular" 2 addım geriləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest