Almaniya "Hamburq"unun hücumçusu Yann-Fite Arp karyerasını "Bavariya"da davam etdirəcək. Matc.az xəbər verir ki, Münhen klubu 19 yaşlı futbolçunun keçidi ilə bağlı razılıq əldə edib.

Anlaşmanın detalları açıqlanmır. 2-ci Bundesliqada çıxış edən forvardın yayda yeni klubuna keçəcəyi gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest