14 Aprel 2022, 19:44
                
                
                
                                DÇ-2026 
                                
                
               
              
				  
 
	Dç-2022-nin pley-off mərhələsində Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək yarımfinal oyununun vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, qarşılaşma iyunun 1-də keçiriləcək.
	Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu cütün qalibi ilə Uels arasında Kardiffdə keçiriləcək matçın da vaxtı açıqlanıb. Həlledici görüş iyunun 5-də baş tutacaq.
	Yarımfinal və final matçlarından sonra Dç-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Mundialın final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq. Şotlandiya/Ukrayna – Uels duelinin qalibi Dç-də İngiltərə, İran və ABŞ-la birgə B qrupunda mübarizə aparacaq.
				
         	
                                             
               
 
             
 















