Argentinalı futbolçu Emiliano Salanın cəsədi tapılıb. Bu barədə məlumatı İngiltərə polisi təsdiqləyib. Futbolçunu aparan təyyarə çıxarılıb və onun içindəki meyit tibbi ekspertizadan keçirilib.

Argentinalı futbolçu Emiliano Salanın  cəsədi tapılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə məlumatı İngiltərə polisi təsdiqləyib.

Futbolçunu aparan təyyarə boğazdan çıxarılıb və onun içindəki meyit tibbi ekspertizadan keçirilib. Bundan sonra meyitin Sala olduğu açıqlanıb. Lakin pilot David İbbotson hələ də tapılmayıb.

Qeyd edək ki, Emiliano Salanı yanvarın 22-də Nantdan Kardiffə aparan təyyarə La-Manş boğazı üzərində yoxa çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest