Sabah Topaz Premyer Liqasında XVI tur start götürəcək. Matc.az xəbər verir ki, iki gün davam edəcək tur Masazırda başlayacaq.

Mövsümün ikinci yarısına qələbə ilə başlayan iki komanda "Əlincə Arena"da üz-üzə gələcək. Turnir cədvəlində qonşu olan "Sabah"la "Qəbələ" 4-cü yer üçün mübarizə aparacaq. Sənan Qurbanovun ilin ilk səfərindən 3 xalla ayrılsa, həm rəqibini keçəcək, həm də 3-cü pillədəki "Səbail"ə yaxınlaşacaq. Elşad Əhmədovun komandası isə Zirədəki uğuru doğma arenada təkrarlamaqla mövqeyini qorumaq niyyətindədi.

Günə Sumqayıtda yekun vurulacaq. Son illərin dəyişməz çempionu "Qarabağ" ilin ilk səfərinə çıxacaq. Ən azı bir günlük liderə şərik olmaq imkanına malik Qurban Qurbanovun yetirmələri mövsümün ikinci yarısında ilk qələbəsini qazanmalıdı. Turdan-tura avrokubok zonasından uzaqlaşan Ayxan Abbasovun yetirmələri isə Qəbələdəki məğlubiyyətdən sonra xal qazanmağa köklənib.

İkinci oyun günündə iki paytaxt derbisi baş tutacaq. öncə Bakının Premyer Liqadakı iki ən yaşlı klubu meydana çıxacaq. çempionatın lideri "Neftçi" autsayderlər sırasında yer alan "Keşlə"ni sınağa çəkəcək. Tərlan Əhmədovun yetirmələri "Səbail"lə matçda darmadağın yaşadıqdan sonra lideri büdrətməklə xal hesabını artırmalıdı. "Ağ-qaralar" isə "Qarabağ"la xal fərqinin əriməməsi üçün mütləq qalib gəlməlidi. Roberto Bordinin yetirmələri fasilədən sonra tribunaya dönən "Forza Neftçi"nin ad gününün ertəsi qələbə hədiyyə etməyə borcludu.

XVI turun son matçı "Bayıl Arena"da keçiriləcək. Mövsümün sürpriz komandası sayılan "Səbail" son sırada qərarlaşan "Zirə"ni qəbul edəcək. Heç cür öz oyununu tapa bilməyən Samir Abasovun yetirmələri ciddi itkilərlə çıxacaqları görüşdə uğursuzluqlara son qoymağa çalışacaq. Aftandil Hacıyevin yetirmələri isə izləyiciləri ilə fərqin azalmaması üçün bu turu da itkisiz keçməlidi.

Topaz Premyer Liqası

XVI tur

9 fevral (şənbə)

16:00. "Sabah" – "Qəbələ"
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Əlincə Arena"

18:30. "Sumqayıt" – "Qarabağ"
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena"

10 fevral (bazar)

14:00. "Neftçi" – "Keşlə"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena"

16:30. "Səbail" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bayıl Arena"

 

1

Neftçi

15

10

4

1

27-11

34

2

Qarabağ

15

9

4

2

33-15

31

3

Səbail

15

7

3

5

19-14

24

4

Sabah

15

6

2

7

14-20

20

5

Qəbələ

15

5

5

5

18-18

20

6

Sumqayıt

15

4

3

8

13-21

15

7

Keşlə

15

3

3

9

16-26

12

8

Zirə

15

2

4

9

12-27

10

 

 
 

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7 qol.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest