Hollandiyanın "Utrext" klubunun baş məşqçisi Dik Advokat "Feyenoord"u çalışdırmaqdan imtina edib. Matc.az xəbər verir ki, mütəxəssis yeni mövsümdən Rotterdam klubunun baş məşqçisi olmayacağını özü açıqlayıb.

O bildirib ki, danışıqlarda razılıq əldə edilməyib: "Klub rəhbərliyi ilə görüşümüz oldu. Lakin burada heç bir nəticə əldə edilmədi. "Feyenoord" böyük klubdu və təklif üçün onlara təşəkkürümü bildirirəm. Amma sonda mənfi fon yarandı ki, bu da xeyrimə olmayacaq".

Qeyd edək ki, rotterdamlılar mövsümün sonunda komandadan ayrılacaq Covanni van Bronkxorstun yerinə məşqçi axtarır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest