Dünya futbolunda növbəti faciə yaşanıb. Matc.az xəbər verir ki, Braziliyanın "Flamenqo" klubunun məşq bazasında yanğın baş verib.

Hadisə Rio-de-Janeyro təmsilçisinin yeniyetmələrdən ibarət komandasının hazırlıq keçdiyi məkanda qeydə alınıb. Futbolçuların qaldığı blokda baş verən yanğında 10 nəfər ölüb.

Daha üç nəfər ağır xəsarət alıb. ölənlər arasında yeniyetmə futbolçuların, yoxsa baza əməkdaşlarının olması barədə məlumat yoxdu.

Qeyd edək ki, "Flamenqo"nun əsas komandası digər bazada məskunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest