UEFA Millətlər Liqasında IV turun sabah keçiriləcək Azərbaycan – Malta oyunu öncəsi mətbuat konfransında qonaq komandanın kapitanı Andre Aqius jurnalistlərin suallarını cavablandırdı. O, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Malta kimi ölkə üçün asan oyun olmur. Sabahkı matç da çətin olacaq. Amma bizim öz planlarımız var. Həm taktiki cəhətdən yaxşı hazırlaşmışıq, həm də əhval-ruhiyyəmiz yüksəkdi.

- Qrupun sonuncususuz. Maltada deyirlər ki, qrupdakı rəqiblər zəifdi və daha yaxşı nəticə qazanmaq olardı...
- Mən Kosovonu gələcəkdə C Liqasında görürəm. Futbolçuları özünüz də bilirsiz ki, hansı klublarda oynayır. Sadəcə, üzərimizdə işləməli və təkmilləşməliyik. Hər bir Malta vətəndaşı gərək dəstək olsun. Biz keçid fazasındayıq və bunun yaxşı nəticələrinin olması üçün çalışmalıyıq.

- Evdə qalib gələ bilmədiyiniz Azərbaycana qarşı səfər oyunu öncəsi ab-hava necədi?
- Hər 3 matçda qol vursaq da, sonuncuyuq. Səhvlərimizin üzərində işləyəcəyik. Əhval-ruhiyyə çox yaxşıdı. Sabahkı oyuna tam hazırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest