Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Matc.az saytının məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

İlk olaraq meydana "Neftçi" və "Keşlə çıxıb. Birincilərin meydanında keçirilən görüşdə Tərlan Əhmədovun yetirmələri lideri büdrətmək niyyətində idi. Ancaq "ağ-qaralar" "Qarabağ"la xal fərqinin əriməsinə imkan verməyib. Roberto Bordinin komandası kapitanı Emin Mahmudovun dublu sayəsində 2:0 hesablı qələbəyə sevinib.

XVI turun son matçı "Bayıl Arena"da keçirilib. Mövsümün sürpriz komandası sayılan "Səbail" son sırada qərarlaşan "Zirə"ni qəbul edib. Heç cür öz oyununu tapa bilməyən Samir Abasovun yetirmələri meydana ciddi itkilərlə çıxmasına baxmayaraq, səfərdən 3 xalla dönüb. Yeni transfer Xulio Sezar Rodriges və Sadio Tounkaranın vurduğu qollar  sayəsində qələbə qazanan "Zirə" turnir cədvəlinin "zirzəmi"sindən qurtulub.

 

Topaz Premyer Liqası
XVI tur
10 fevral (bazar)


"Neftçi" – "Keşlə" - 2:0
Qollar: Emin Mahmudov, 35, 68 (pen.)

"Bakcell Arena". Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov

"Neftçi": 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 6. Qoran Paratski, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 26. ömər Buludov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 36. Mamadu Kane, 16. Canluka Sansone, 77. Elvin Sərkərov, 70. Əli Şirinov, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Roberto Bordin

"Keşlə": 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 14. Andre Klennon, 25. Con Kamara, 21. Luis Angelo Pena, 2. Sərtan Taşqın, 11. Vüsal İsgəndərli
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 9. Amil Yunanov, 93. Edvinas Girdvainis, 17. Samir Məsimov, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 34. Qədir Bayramlı, 95. Cavid Əliyev, 90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov


"Səbail" – "Zirə" - 0:2

Qırmızı vərəqə: Elvin Yunuszadə, 81

Qollar: Xulio Sezar Rodriges, 2, Sadio Tounkara, 90+5
"Bayıl Arena".Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev

"Səbail": 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev

Baş məşqçi: Aftandil Hacıyev

"Zirə": 85. Kamal Bayramov (k), 39. Sadiq Quliyev, 88. Tellur Mütəllimov, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 18. Xulio Sezar Rodriges, 38. İlkin Muradov, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 77. Mirsahib Abbasov, 10. Sadio Tounkara, 23. Mfo Kqasvane, 17. Robin Nqalande, 20. Fofana İsmael, 3. Budaq Nəsirov

Baş məşqçi: Samir Abasov


1

Neftçi

16

11

4

1

29-11

37

2

Qarabağ

16

10

4

2

35-15

34

3

Səbail

16

7

3

6

19-16

24

4

Qəbələ

16

6

5

5

19-18

23

5

Sabah

16

6

2

8

14-21

20

6

Sumqayıt

16

4

3

9

13-23

15

7

Zirə

16

3

4

9

14-27

13

8

Keşlə

16

3

3

10

16-28

12

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest