Almaniya Bundesliqa II-də XXI turun mübarizəsi davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" turu öz meydanında keçirib.

Komanda turnir cədvəlinin sonuncusu "İnqolştadt"ı qəbul edib. Görüş gözlənilmədən qonaqların asan qələbəsi ilə başa çatıb. "İnqolştadt"ın 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı Nazarov ehtiyat oyunçular skamyasından izləyib.

Qələbə sayəsində "İnqolştadt" sonuncu pillədən qurtulubsa, "Aue" 22 xalla 13-cü yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest